Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb

Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 Mart , 2022 18:04
Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb

Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Udulu kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota” markalı minik avtomobil anidən idarəetməni itirib və yoldan çıxaraq dərəyə yuvarlanıb.

Hadisə zamanı kənd sakini, 1940-cı il təvəllüdlü Ağayeva Raya Azad qızı müxtəlif dərəcəli bədən xəsarəti alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər bir qəza rayon ərazisində qeydə olub. Hacıqabul şəhər sakini, 1983-cü il təvəllüdlü Babayev Anar Təyyar oğlunun idarə etdiyi avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində sürücü A. Babayev və Hacıqabul rayon sakini, 1938-ci il təvəllüdlü Abdullayev Atamoğlan Əliyar oğlu müxtəlif xəsarətlər alıb. Hər ikisi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi