Hacıqabulda minik avtomobili aşıb, xəsarət alan var

Hacıqabulda minik avtomobili aşıb, xəsarət alan var Hacıqabul rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 Noyabr , 2019 22:33
Hacıqabulda minik avtomobili aşıb, xəsarət alan var

Hacıqabul rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil aşıb. Hadisə zamanı Sabirabad rayon sakini, 1981-ci il təvəllüdlü Muradov Seymur İbrahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi