Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanılıb

Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanılıb Hacıqabul rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
22 Oktyabr , 2019 09:38
Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanılıb

Hacıqabul rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə “Report”un Aran bürosuna DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Belə ki, oktyabrın 12-də Hacıqabul rayon sakini Vasif Manafov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 1350 manat olan məişət avadanlıqlarının oğurlanması ilə bağlı məlumat verib. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, 35 yaşlı Ağaqulu Quliyev saxlanılıb. Dindirilmə zamanı A.Quliyev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı məişət avadanlıqları satdığı şəxslərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi