Hacıqabulda kişinin başına dəmir parçası düşdü, vəziyyəti ağırdır

Hacıqabulda kişinin başına dəmir parçası düşdü, vəziyyəti ağırdır Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
19 Mart , 2020 22:51
Hacıqabulda kişinin başına dəmir parçası düşdü, vəziyyəti ağırdır

Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Hacıqabul şəhərinin Bakı küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1975-ci il təvəllüdlü Məmmədov Rövşən Oqtay oğlu evə gedən zaman başına dəmir parçası düşüb.

Nəticədə açıq kəllə-beyin travması alan R. Məmmədov Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi