Hacıqabulda keçmiş məhkumlardan narkotik aşkar edilib

Hacıqabulda keçmiş məhkumlardan narkotik aşkar edilib Hacıqabulda keçmiş məhkumlardan narkotik vasitə aşkar edilib.
Hadisə
6 Yanvar , 2020 11:32
Hacıqabulda keçmiş məhkumlardan narkotik aşkar edilib

Hacıqabulda keçmiş məhkumlardan narkotik vasitə aşkar edilib.

Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Belə ki, daxil olan məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Nuriyev, Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Kamal Xəlilov və Razi Cəfərov saxlanılıb.

R.Cəfərovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman ümumi çəkisi 325,6 qram olan qurudulmuş marixuana, Elçin Nuriyevin üzərindən ümumi çəkisi 21 qram və Kamal Xəlilovun üzərindən ümumi çəkisi 19 qram olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi