Hacıqabulda keçmiş məhkum qadını şəkilləri ilə şantaj edib

Hacıqabulda keçmiş məhkum qadını şəkilləri ilə şantaj edib Hacıqabulda qadın şəkilləri ilə şantaj edilib.
Hadisə
28 Noyabr , 2019 13:10
Hacıqabulda keçmiş məhkum qadını şəkilləri ilə şantaj edib

Hacıqabulda qadın şəkilləri ilə şantaj edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Hacıqabul şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş T.Qasımovun tanışı olan bir qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib sonuncudan 300 manat pul alması barədə Rayon Polis Şöbəsinə daxil olan müraciətlə əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində T.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi