Hacıqabulda "KamAZ" və "Mercedes" toqquşub, xəsarət alan var

Hacıqabulda "KamAZ" və "Mercedes" toqquşub, xəsarət alan var Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində “КамАЗ” və “Mercedes” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mü
Hadisə
8 Sentyabr , 2021 08:50
Hacıqabulda KamAZ və Mercedes toqquşub, xəsarət alan var

Hacıqabulda yol qəzası baş verib.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, rayonun Qarasu kəndində “KamAZ” və “Mercedes” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "KamAZ" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi