Hacıqabulda iki yük maşını toqquşub

Hacıqabulda iki yük maşını toqquşub Hacıqabulda yol qəzası baş verib xəsarət alan var.
Hadisə
31 Avqust , 2020 22:03
Hacıqabulda iki yük maşını toqquşub

Hacıqabulda yol qəzası baş verib xəsarət alan var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb. Beləki, “KamAZ” markalı yük maşınının sürücüsü Qaradağ rayon sakini Niftəliyev Rəfael Mirağa oğlu həmin yolda hərəkətdə olarkən onun qarşısında hərəkət edən Goranboy rayon sakini Quliyev Sadiqin idarə etdiyi eyni markalı maşına çırpılıb.

Nəticədə sürücü R.Niftəliyev ağır xəsarət alaraq avtomobildə sıxışıb qalıb .Hadisə yerinə FHN Hacıqabul rayon Dövlət Yanğından Mühafizə İdarəsinin xüsusi riskli xilasetmə qrupunun əməkdaşları cəlb olunub. Yaralı avtomobildən çıxarılıb və Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi