Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanılıb

Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanılıb Hacıqabul rayonunda “Əmi” ləqəbli narkotacir saxlanılıb
Hadisə
20 İyun , 2019 16:24
Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanılıb

Hacıqabul rayonunda “Əmi” ləqəbli narkotacir saxlanılıb

Bu barədə “Report”un Aran bürosuna DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Belə ki, daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Bədəlov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 1,657 qram narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi