Hacıqabulda avtomobildən 500 manat oğurlayan şəxs saxlanılıb

Hacıqabulda avtomobildən 500 manat oğurlayan şəxs saxlanılıb Goranboy rayon sakininin avtomobilindən pul oğurlanıb.
Hadisə
13 Noyabr , 2019 13:31
Hacıqabulda avtomobildən 500 manat oğurlayan şəxs saxlanılıb

Goranboy rayon sakininin avtomobilindən pul oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 12-də Nəvahi qəsəbəsi ərazisində Goranboy rayon sakini E.Həsənova məxsus “QAZel” markalı avtomobildən 500 manat və sənəd oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini S.Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi