Hacıqabulda avtomobil qəzasında ölən şəxsin kimliyi məlum olub

Hacıqabulda avtomobil qəzasında ölən şəxsin kimliyi məlum olub Hacıqabulda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
11 dekabr 2022 17:34
Hacıqabulda avtomobil qəzasında ölən şəxsin kimliyi məlum olub

Hacıqabulda avtomobil qəzasında ölən şəxsin kimliyi bəlli olub.

“Report”un Aran bürosunun məlumatına görə, bu, Hacıqabul sakini, 1972-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğludur.

Qeyd edək ki, A. Abuzərli 29 il DYP-nin Hacıqabul rayonundakı Nəvahi postunda mülki şəxs kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.

20:33

Hacıqabulda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili qarşıda gedən “KAMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza sonucunda bir nəfər hadisə yerində ölüb. Bir nəfər isə Hacıqabul rayon sakini, 1961-ci il təvəllüdlü Əsgərov Bəxtiyar Əsgər oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi