Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Dekabr , 2020 14:09
Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə dekabrın 11-də saat 19 radələrində Pirsaat kəndi ərazisində baş verib.

Ağdam rayon sakini V.Allahverdiyev idarə etdiyi “TOFAŞ” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Tural Əliyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi