Hacıqabulda avtomobil 38 yaşlı kişini vurdu

Hacıqabulda avtomobil 38 yaşlı kişini vurdu Hacıqabulda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 İyun , 2021 08:26
Hacıqabulda avtomobil 38 yaşlı kişini vurdu
0 : 00
0 : 00

Hacıqabul rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində, "Qədir xum" istirahət mərkəzinin yaxınlığında qeydə alınıb. Xaçmaz rayon sakini, 1983-cü il təvəllüdlü Şahmuradov Rövşən Baloğlan oğlu yolu keçərkən “QAZel” markalı avtomobil onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi