Hacıqabulda 4 ton qarğıdalı oğurlayan şəxslər saxlanılıblar

Hacıqabulda 4 ton qarğıdalı oğurlayan şəxslər saxlanılıblar Hacıqabul rayonunda 4 ton qarğıdalı oğurlanıb.
Hadisə
12 Noyabr , 2019 12:58
Hacıqabulda 4 ton qarğıdalı oğurlayan şəxslər saxlanılıblar

Hacıqabul rayonunda 4 ton qarğıdalı oğurlanıb.

Bu barədə "Report"un Aran bürosuna DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Qarasu kəndi ərazisindəki əkin sahələrinin birindən 4 ton qarğıdalı oğurlamaqda şübhəli bilinən Quba rayon sakinləri C.Mərdanov, Y.Əsgərov, Ə.Qurbanova, O.Hüseynov və Ə.Ələsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi