Hacıqabulda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Hacıqabulda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB Hacıqabul rayonunda baş vern ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
16 Aprel , 2019 22:51
Hacıqabulda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Hacıqabul rayonunda baş vern ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki,  "Mercedes" markalı avtomobillə "Lada" markalı avtomobil toqquşub. Qəza zamanı Ağcabədi rayon sakinləri - 1975-ci il təvəllüdlü Güləliyeva Nəcibə Muğan qızı, 2004-cü il təvəllüdlü Muradlı Qətibə Baxşeyiş qızı, Gəncə sakini - 1956-cı il təvəllüdlü Mahmudova Sənubər Qədim qızı və Rusiya Federasiyasında qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Qocayev Fariz Tahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra yaralılar Travmatologiya şöbəsinə yerləşdirilib.

Yaralıların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.


*** 20:19

Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar  Şirvan Şəhər Xəstəxanasına  çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi