​Hacıqabulda 3 binada yanğın olub, 6 ailə təxliyə edilib, 1 nəfər yaralanıb

​Hacıqabulda 3 binada yanğın olub, 6 ailə təxliyə edilib, 1 nəfər yaralanıb Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub
Hadisə
25 Yanvar , 2016 22:33
​Hacıqabulda 3 binada yanğın olub, 6 ailə təxliyə edilib, 1 nəfər yaralanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Hacıqabul şəhərində yanğın hadisəsi baş verib.

"Report" yerli sakinlərə istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri, İbrahim Bayramov küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən 3 köhnə yaşayış binası alovlanmağa başlayıb. Hadisə yerinə Hacıqabul və Şirvan yanğından mühafizə hissələrinə məxsus texnika və canlı qüvvə cəlb olunub. Binada yaşayan 6 ailə təxliyə edilib, 1 nəfər xəsarət alıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi