​Hacıqabulda 15 hektar sahədə ot sahəsi və 0,5 hektar meşə zolağı yanıb - FOTO

​Hacıqabulda 15 hektar sahədə ot sahəsi və 0,5 hektar meşə zolağı yanıb - FOTO Hava küləkli olduğundan yanğının əhatə dairəsi daha da genişlənib
Hadisə
29 May , 2016 19:03
​Hacıqabulda 15 hektar sahədə ot sahəsi və 0,5 hektar meşə zolağı yanıb - FOTO

Hacıqabul. 29 may. REPORT.AZ/ Bakı-Qazax magistral yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yanğın baş verib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanovun “Report”a verdiyi məlumata görə, hadisə günorta saatlarında ot sahələrində baş verib.

“Hava küləkli olduğundan yanğının əhatə dairəsi daha da genişlənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul və Şirvan yanğından mühafizə hissələrinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib. Nəhayət ki, yanğın söndürülüb. Hadisə zamanı 15 hektar ot sahəsi, 0,5 hektar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınmış yolkənarı yaşıllıqlar, eləcə də Bakı-Böyük Kəsik dəmir yolu xəttinin ətrafındakı sahənin bir qismi yanıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, dəmiryoluna ziyan dəyməyib”, - deyə o bildirib.

Sahib Aslanovun sözlərinə görə, yanğın dəmiryolu istiqamətində olub.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi