Hacıqabul sakinindən "patı" aşkarlandı

Hacıqabul sakinindən "patı" aşkarlandı Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Hacıqabul rayon sakini saxlanılıb.
Hadisə
24 İyul , 2021 09:10
Hacıqabul sakinindən patı aşkarlandı

Hacıqabul rayon sakini narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 27 yaşlı İbrahim Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi