Hacıqabul sakini bıçaqlanıb
Hadisə
- 24 iyul, 2022
- 06:34
İyulun 23-də gecə saatlarında Hacıqabul rayon sakini Vüsal Məmmədovun sinə nahiyyəsinə bıçaqla yetirilmiş xəsarət ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirməkdə şübhəli bilinən İlkin Məmmədov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Məmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Son xəbərlər
10:18
Azərbaycan XİN Esvatini Krallığının müstəqillik günü ilə bağlı paylaşım edib
Xarici siyasət10:11
"Fənərbağça" azarkeşi "Beşiktaş"la oyunda ürək tutmasından vəfat edib
Futbol10:11
FHN yağıntılı hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarını xatırladıb
Hadisə10:09
Ağdam rayonunda mina partlayışı baş verib - YENİLƏNİB
Hadisə10:00
SEPAH Hörmüz boğazında ABŞ-yə aid katerə hücum edib
Region09:48
Kaliforniyada təyyarə qəzasında iki uşaq həlak olub
Digər ölkələr09:41
Dünya Qadın Seriyası: "Neftçi" 1/4 finalda Monqolustan təmsilçisi ilə qarşılaşacaq
Komanda09:26
İsrail Livanın cənubundakı "Hizbullah" hədəflərinə yeni zərbələr endirib
Digər ölkələr09:01