Hacıqabul sakini at arabasının altında qalaraq ağır xəsarətlər alıb

Hacıqabul sakini at arabasının altında qalaraq ağır xəsarətlər alıb Hacıqabul. 1 oktyabr. REPORT.AZ/ Hacıqabul rayonunda 42 yaşlı kişi at arabasının aşması nəticəsində ağır xəsarətlər alıb.
Hadisə
1 Oktyabr , 2018 23:33
Hacıqabul sakini at arabasının altında qalaraq ağır xəsarətlər alıb

Hacıqabul. 1 oktyabr. REPORT.AZ/ Hacıqabul rayonunda 42 yaşlı kişi at arabasının aşması nəticəsində ağır xəsarətlər alıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Abdulabad kənd sakini, 1976-cı il təvəllüdlü Zeynalov Nuhbala Vahid oğlu idarə etdiyi at arabasını aşırıb. Nəticədə o, arabanın altında qalaraq ağır bədən xəsarətləri alıb.

Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıda onurğa sınığı və digər çoxsaylı sınıqlar aşkar olunub. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi