Yuxarı

Hacıbala Abutalıbov: "Yanğından zərərçəkən sakinlərə ilkin olaraq min manat ödəniləcək"

Zərərçəkənlər kotteclərə yerləşdiriləcək və onlara ən yüksək səviyyədə yardım ediləcək

Bakı. 19 may. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yanğın baş verən ərazidə olub.

"Report"un məlumatına görə, H.Abutalıbov binanın sakinləri ilə görüşüb. O bildirib ki, bu gün yanğından zərərçəkən sakinlərə ilkin olaraq min manat ödəniləcək: "Zərərçəkənlər kotteclərə yerləşdiriləcək və onlara ən yüksək səviyyədə yardım ediləcək. Bununla bağlı artıq dövlət komissiyası da yaradılıb".

Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Nəticədə 14 nəfər ölüb, 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi