"Hacı Mazan"a qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs məhkəmədən vaxt istəyib

"Hacı Mazan"a qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs məhkəmədən vaxt istəyib Proses martın 13-də davam etdiriləcək
Hadisə
9 Mart , 2017 17:13
Hacı Mazana qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs məhkəmədən vaxt istəyib

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etidirlib.

“Report“un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov dövlət ittihamçısın çıxışı ilə bağlı replika hüququndan istifadə edib.

O, M.Həşimovun zərərçəkmiş Ramazan Zeynalovdan 70 min manat məbləğində pulu borc kimi aldığını deyib. Vəkil zərərçəkmiş tərəfin bütün mülki iddialarının məhkəmə tərəfindən rədd edilməsini istəyib.

Sonra təqsirləndirilən şəxs son söz demək üçün məhkəmədən vaxt istəyib.

Proses martın 13-də davam etdiriləcək. 

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında M.Həşimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, ittiham aktına əsasən, "Medi Sina” klinikasının sahibi M.Həşimov iş adamı Ramazan Zeynalova qarşı (“Hacı Mazan“) 163 min manatlıq dələduzluq edib. “Hacı Mazan“ müqavilə əsasında klinikanı M.Həşimova icarəyə verib. 

Onu da əlavə edək ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi. “Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib. Qərara görə, “Medi Sina” klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib. İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.

Son xəbərlər

Orphus sistemi