Gürcüstanın müxalifət partiyası "Qavrilov siyahı"sı hazırlayacaq

Gürcüstanın müxalifət partiyası "Qavrilov siyahı"sı hazırlayacaq Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) Qavrilov siyahısı hazırlayacaq.
Hadisə
27 İyun , 2019 13:13
Gürcüstanın müxalifət partiyası Qavrilov siyahısı hazırlayacaq

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) "Qavrilov siyahı"sı hazırlayacaq.

"Report"un yerli bürosu xəbər verir ki, bunu VMHP-nin parlamentdəki fraksiyasının üzvü Salome Samadaşvili bildirib.

Onun sözlərinə görə, siyahıya Gürcüstan demokratiyasına təhdid olan şəxslərin adları daxil ediləcək: "Siyahıda həmçinin Rusiyanın işğalına faktiki olaraq yol açan şəxslər da yer alacaqlar. Onlara qarşı müvafiq tədbirlər nəzərdə tutulacaq".

Deputat qeyd edib ki, siyahı üzərində işə gələn həftədən etibarən başlanacaq.

S.Samadaşvili VMHP fraksiyasının parlamentin plenar iclaslarında iştirak etməyəcəyini də bildirib.

Qeyd edək ki, Gürcüstanda son həftə baş verən etirazlar Rusiya Dumasının deputatı Sergey Qavrilovun adı ilə bağlıdır. Belə ki, o, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı Gürcüstan parlamenti spikerinin kürsüsündə əyləşib. Bu fakt ölkədə etiraz dalğalarına və parlament sədri İrakli Kobaxidzenin istefasına gətirib çıxardı.

Son xəbərlər

Orphus sistemi