Gürcüstanın müxalif televiziyasının keçmiş direktoru istintaqa ifadə verəcək

Gürcüstanın müxalif televiziyasının keçmiş direktoru istintaqa ifadə verəcək Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramia istintaqa ifadə verəcək.
Hadisə
1 Avqust , 2019 16:05
Gürcüstanın müxalif televiziyasının keçmiş direktoru istintaqa ifadə verəcək

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramia istintaqa ifadə verəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

N.Qvaramia “Rustavi 2”də rəhbərliyin, teleşirkətə məxsus külli miqdarda pul vəsaitləri və əmlakın qanunsuz mənimsənilməsi ilə bağlı aparılan istintaq çərçivəsində dindiriləcək.

Qeyd edək ki, “Rustavi 2”nin sahibi dəyişəndən sonra N.Qvaramia iyulun 18-də kanalın baş direktoru vəzifəsindən azad olunub.

Son xəbərlər

Orphus sistemi