Gürcüstanın Borjomi bölgəsində meşə yanır

Gürcüstanın Borjomi bölgəsində meşə yanır Tbilisi. 1 may. REPORT. AZ/ Gürcüstanın məşhur kurort bölgələrindən olan Borjomi bələdiyyəsinin ərazisində meşə yanır.
Hadisə
1 May , 2018 09:58
Gürcüstanın Borjomi bölgəsində meşə yanır

Tbilisi. 1 may. REPORT. AZ/ Gürcüstanın məşhur kurort bölgələrindən olan Borjomi bələdiyyəsinin ərazisində meşə yanır.  

"Report"un Gürcüstan bürosu xəbər verir ki, aprelin 30-u axşam saatlarında Sairə meşəsində başlayan yanğın mayın 1-də daha da genişlənərək bir neçə hektarı əhatə edib.

Gürcüstan Fövqəladə Halların İdarəetmə Xidmətindən bildirilib ki, yanğın meşənin quru odun, ot və kolluq ərazilərində daha sürətlə yayılır.

Hadisə yerinə ağır nəqliyyat vasitələri səfərbər olunub, canlı qüvvə meşə qoruğunda yanğınla mübarizə aparılır.

Borjomi dağlıq ərazi olduğu üçün əlçatmaz dağ yamaclarında və daşlı-qayalı yerlərdə yanğınla mübarizə aparmaq çox çətindir. Külək də yanğının söndürülməsinə çətinlik yaradır.

Mayın 1-də səhər saatlarında yanğının söndürülməsinə 60 xilasetmə qrupu cəlb edilib.

Son xəbərlər

Orphus sistemi