Yuxarı

Gürcüstanın baş naziri Prezident İlham Əliyevi təbrik edib

Gürcüstanın baş naziri Prezident İlham Əliyevi təbrik edib

Bakı. 8 iyun. REPORT.AZ/ Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Gürcüstan hökuməti və xalqı adından Sizi və dost Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Biz Gürcüstan və Azərbaycan Respublikası arasında möhkəm dostluğa, həmrəyliyə və qarşılıqlı hörmətə söykənən, regionda sülhə, sabitliyə və iqtisadi tərəqqiyə xidmət edən yüksək səviyyəli əlaqələrə böyük əhəmiyyət veririk. İnanıram ki, mövcud uğurlu əməkdaşlığımızın genişlənməsi üçün gələcəkdə də səylərimizi əsirgəməyəcəyik.

Zati-aliləri, fürsətdən istifadə edərək, bu əlamətdar gündə Sizə bir daha ən xoş arzularımı çatdırıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi