Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində pirotexniki vasitələr aşkarlanıb - VİDEO

Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində pirotexniki vasitələr aşkarlanıb - VİDEO Bakı. 23 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi Mercedes Benz markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
23 Noyabr , 2018 12:18
Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində pirotexniki vasitələr aşkarlanıb - VİDEO
customs.gov.az
0 : 00
0 : 00

Bakı. 23 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Bu barədə “Report”a DGK-dan məlumat evrilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa söykənəcəyin arxa hissəsindən, qabaq sağ tərəf ayaqaltından və dinamik qutusunun içərisindən üzərində "Black Devil" yazısı olan 245 ədəd, üzərində "Sarı Jiao Pao" yazısı olan 1 100 ədəd, üzərində "Football produsts" yazısı olan 400 ədəd pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi