Gürcüstandan gələn avtomobildə gömrükdən gizlədilmiş mobil telefonlar və aksesuarlar aşkar olunub - VİDEO

Gürcüstandan gələn avtomobildə gömrükdən gizlədilmiş mobil telefonlar və aksesuarlar aşkar olunub - VİDEO Bakı. 5 sentyabr. REPORT.AZ/ Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi BMW 320 markalı avtomobil Qırmızı Körpü gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
5 Sentyabr , 2018 18:27
Gürcüstandan gələn avtomobildə gömrükdən gizlədilmiş mobil telefonlar və aksesuarlar aşkar olunub - VİDEO

Bakı. 5 sentyabr. REPORT.AZ/ Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "BMW 320" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Baxışdan əvvəl sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində nəqliyyat vasitəsinin salonundan hər iki qabaq oturacağın içərisindən 1 ədəd "Samsung Galaxy J3 Pro", 4 ədəd "Samsung Galaxy J6", 1 ədəd "Samsung Galaxy J2 pro", 1 ədəd "Samsung Galaxy prime pro" markalı mobil telefonlar, 6 ədəd yükləyici başlığı, 6 ədəd USB kabel və 4 ədəd qidalandırma cihazı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi