Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin keçirilməsinin qarşısı alınıb Bakı. 10 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi Vaz 2121 markalı avtomobilə Qırmızı Körpü gömrük postunda gömrük baxışı həyata keçirilib.
Hadisə
10 Dekabr , 2018 11:49
Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin keçirilməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Bakı. 10 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 2121" markalı avtomobilə "Qırmızı Körpü" gömrük postunda gömrük baxışı həyata keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, yanacaq çəninin içərisindən üzərində "Picolo Corsar" yazısı olan 130 qutu pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi