Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb Bakı. 11 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi Vaz 21063 markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
11 Dekabr , 2018 10:32
Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Bakı. 11 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sol tərəfinin ön və arxa qapılarından, ön tərəfin sağ və sol qanadlarının altından üzərində "Zenga" yazısı olan 1 140 ədəd pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi