Gürcüstandan Azərbaycana mobil telefonlar və aksesuarların gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana mobil telefonlar və aksesuarların gətirilməsinin qarşısı alınıb Bakı. 1 fevral. REPORT.AZ/ Dövlət Gömtük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi Mercedes Benz C220 CDI markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
1 Fevral , 2019 13:57
Gürcüstandan Azərbaycana mobil telefonlar və aksesuarların gətirilməsinin qarşısı alınıb

Bakı. 1 fevral. REPORT.AZ/ Dövlət Gömtük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz C220 CDI" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra vətəndaşın üzərinə və avtomobilinə baxış keçirilib.

Baxış zamanı vətəndaşın üzərindən 4 ədəd "Kgtel E1200", 3 ədəd "Rivco 8110", 1 ədəd "Mbape M310" və 1 ədəd "Odscn B350E" markalı mobil telefonlar, nəqliyyat vasitəsinin ön saxlanc qutusundan isə 77 ədəd telefon qidalandırıcısı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi