Gürcüstandan Azərbaycana gələn Türkmənistan vətəndaşında tiryək aşkarlanıb

Gürcüstandan Azərbaycana gələn Türkmənistan vətəndaşında tiryək aşkarlanıb Bakı. 16 noyabr. REPORT.AZ/ Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postuna daxil olan Türkmənistan vətəndaşı Orazov Nurmammet Orazmammet oğluna məxsus yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
16 Noyabr , 2018 11:04
Gürcüstandan Azərbaycana gələn Türkmənistan vətəndaşında tiryək aşkarlanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan Türkmənistan vətəndaşı Orazov Nurmammet Orazmammet oğluna məxsus yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitənin olmadığını bildirib.

Vətəndaş özünü şübhəli və narahat apardığı üçün onun üzərində şəxsi yoxlama aparılıb və əynindəki gödəkçənin sol üst cibindən üç bükümdə, ümumi çəkisi 13 qram olan narkotik vasitə-tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi