Gürcüstandan Azərbaycana avtomobil daşıyan şəxs saxlanılıb

Gürcüstandan Azərbaycana avtomobil daşıyan şəxs saxlanılıb Gürcüstanda ölkə sərhədləri vasitəsilə malların daşınması qaydalarının pozulmasına görə bir nəfər məsuliyyətə cəlb olunub
Hadisə
2 İyun , 2021 10:47
Gürcüstandan Azərbaycana avtomobil daşıyan şəxs saxlanılıb

Gürcüstanda ölkə sərhədləri vasitəsilə malların daşınması qaydalarının pozulmasına görə bir nəfər məsuliyyətə cəlb olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.

İstintaqla müəyyən edilib ki, evakuator vasitəsilə Gürcüstandan Azərbaycana minik avtomobilləri daşıyan həmin şəxs əlavə qanunsuz maddi qazanc əldə etmək məqsədilə nəqliyyat vasitələrində bəyan edilməmiş mallar gizlədərək “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsindən keçirməyə cəhd edib.

İstintaq tədbirləri çərçivəsində ümumi dəyəri 15 min lari olan gömrük nəzarətindən gizlədilmiş müxtəlif adda mallar müsadirə edilib.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi