Yuxarı

Gürcüstanda yol qəzasında iki azərbaycanlı gənc ölüb

​Gürcüstanda yol qəzasında iki azərbaycanlı gənc öldü

Gürcüstanın Rustavi şəhəri yaxınlığında ötən gün baş verən yol qəzasında iki azərbaycanlı gənc ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, gənclərin olduğu "Mercedes" markalı avtomobil Rustavi-Qırmızı körpü yolunda, Yağlıca aşırımı yaxınlığında yoldan aşaraq bir neçə dəfə yuvarlanıb.

Maşında olan 29 yaşlı Etibar və 31 yaşlı Sərxan adlı gənclər hadisə yerində dünyalarını dəyişiblər.

Azərbaycanlı gənclər dost olublar. Onların Marneuli rayonunun Ambarovka kənd sakinləri olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi