Gürcüstanda silahlı insidentlə bağlı daha bir azərbaycanlı gənc saxlanılıb

Gürcüstanda silahlı insidentlə bağlı daha bir azərbaycanlı gənc saxlanılıb Tbilisidə cinayət haqqında məlumat verəməməkdə ittiham olunan 1996-cı il təvəllüdlü O.M. adlı azərbaycanlı gənc saxlanılıb.
Hadisə
11 Oktyabr , 2019 19:40
Gürcüstanda silahlı insidentlə bağlı daha bir azərbaycanlı gənc saxlanılıb

Tbilisidə cinayət haqqında məlumat verəməməkdə ittiham olunan 1996-cı il təvəllüdlü O.M. adlı azərbaycanlı gənc saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs ötən gün Marneulidə baş verən silahlı insident barədə polisə xəbər verməyib.

Qeyd edək ki, ötən gün Marneulidə çayxanalardan birində atışma baş verib. Nəticədə iki gənc yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Gənclərdən biri əməliyyat edilib. Gənclər arasında mübahisəyə keçmişdə baş verən fikir ayrlığı səbəb olub.

Çayxanada atəş açan azərbaycanlı gənc hadisə yerindən qaçsa da, insidentdən bir neçə saat sonra saxlanılıb. Onu 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi