Gürcüstanda silahlı insident olub, azərbaycanlı yaralanıb - YENİLƏNİB

Gürcüstanda silahlı insident olub, azərbaycanlı yaralanıb - YENİLƏNİB Gürcüstanın Daxili İşlər Nazirliyi Marneulidə çayxanada baş verən silahlı insidentlə bağlı cinayət işi açıb.
Hadisə
10 Oktyabr , 2019 15:45
Gürcüstanda silahlı insident olub, azərbaycanlı yaralanıb - YENİLƏNİB

Gürcüstanın Daxili İşlər Nazirliyi Marneulidə çayxanada baş verən silahlı insidentlə bağlı cinayət işi açıb.

“Report”un yerli bürosu xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin sağlamlığa ağır zərərvurma maddəsi üzrə araşdırma aparılır.

Yerli mətbuatın yaydığı məlumata əsasən, hadisə zamanı iki gənc yaralanıb.


*** 14:53

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun mərkəzində silahlı insident baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə çayxanalardan birində olub.

Nəticədə yerli sakin olan bir azərbaycanlı yaralanıb.

Hadisə yerinə polis və ekspert kriminalistlər cəlb olunub. 

Hadisə şahidi Fuad Qəhrəmanov “Report”a bildirib ki, çayxanada oturan gənclər mübahisə ediblər: "Mübahisə davaya keçib. Üç gənc digər gəncə silahdan üç atəş açıb. Gənc topuğundan güllə yarası alıb. Atəş açanlar hadisə yerindən qaçıblar”.

F.Qəhrəmanovun sözlərinə görə, yaralanan gənc xəstəxanaya çatdırılıb.

Gənclərin mübahisəsinin səbəbi hələ məlum deyil.

Hadisəni törədən şəxslərin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.  

Son xəbərlər

Orphus sistemi