Gürcüstanda narkotik maddə daşımaqda şübhəli bilinən Azərbaycan vətəndaşı tutulub

Gürcüstanda narkotik maddə daşımaqda şübhəli bilinən Azərbaycan vətəndaşı tutulub Cinayəti sübut olunarsa, onu 3 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir
Hadisə
13 Yanvar , 2017 13:16
Gürcüstanda narkotik maddə daşımaqda şübhəli bilinən Azərbaycan vətəndaşı tutulub

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan vətəndaşı Tbilisidə qanunsuz narkotik maddə gəzdirmək və istifadə etməkdə şübhəli bilinərək tutulub.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

İnformasiyaya əsasən, polis əməkdaşlarının onun Tbilisidə kirayədə qaldığı mənzilində axtarış aparıblar. Nəticədə tərkibində 21 qram heroin olan 33,42 qram narkotik maddə, eləcə də 4 kapsul “Preqabalin” adlı psixotrop maddə aşkarlanıb. 

Həmin şəxs barəsində Cinayət Məcəlləsinin narkotik maddələrin hazırlanması, istehsalı, əldə edilməsi, saxlanılması, daşınması maddəsi ilə cinayət işi başlanıb. 

Cinayəti sübut olunarsa, onu 3 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi