Gürcüstanda Müstəqillik Günü geniş qeyd edilməyəcək

Gürcüstanda Müstəqillik Günü geniş qeyd edilməyəcək Gürcüstanda 26 May - Müstəqillik Gününə həsr olunan genişmiqyaslı tədbirlər keçirilməyəcək.
Hadisə
25 May , 2020 16:21
Gürcüstanda Müstəqillik Günü geniş qeyd edilməyəcək

Gürcüstanda 26 May - Müstəqillik Gününə həsr olunan genişmiqyaslı tədbirlər keçirilməyəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Hökumət Administrasiyasından bildirilib.

Qeyd olunub ki, buna səbəb koronavirus pandemiyasıdır.

Dövlət bayramı bu il insan sıxlığına yol verməmək üçün başqa formatda qeyd olunacaq. Gürcüstanın baş naziri Giorgi Qaxaria Müstəqillik Gününü Vaziani hərbi bazasında Müdafiə Qüvvələrinin nümayəndələri ilə birgə qeyd edəcək. Dövlət qurumlarında kiçikmiqyaslı mərasimlər təşkil olunacaq.

Qeyd edək ki, hər il Gürcüstanın Müstəqillik Günü Tbilisi ilə yanaşı, bölgələrdə də minlərlə insanın iştirakı ilə müxtəlif təntənəli tədbirlərlə qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi