Gürcüstanda itkin düşən iki balıqçının meyiti tapılıb - YENİLƏNİB

Gürcüstanda itkin düşən iki balıqçının meyiti tapılıb - YENİLƏNİB Gürcüstanda Candargöldə dekabrın 2-də itkin düşən iki balıqçının meyiti tapılıb.
Hadisə
4 Dekabr , 2019 11:52
Gürcüstanda itkin düşən iki balıqçının meyiti tapılıb - YENİLƏNİB

Gürcüstanda Candargöldə dekabrın 2-də itkin düşən iki balıqçının meyiti tapılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Üç gün davam etdirilən axtarışlar həm Gürcüstan, həm də Azərbaycan ərazisində aparılıb. Axtarış tədbirlərinə helikopter, dronlar və dalğıclar cəlb olunub.


*** 09:52

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən Candargöldə itkin düşən iki balıqçının axtarışları üçüncü gündür davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, axtarışlar su altında və göl ətrafında aparılır.

Axtarışlara cəlb olunan xilasedicilərin sayı 55-ə çatdırılıb. Tbilisi və Poti şəhərlərindən əlavə xilasetmə avadanlığı gətirilib. Əraziyə dalğıclar da səfərbər olunub.

Göl ərazisinin 80%-də axtarış işləri həyata keçirilib. Prosesdə Azərbaycan xilasediciləri də iştirak edib. Əldə olunan razılığa əsasən, gürcü xilasedicilər Azərbaycan tərəfə keçəcək və yerli xilasedicilərlə birgə axtarış işlərində iştirak edəcəklər. 

Son xəbərlər

Orphus sistemi