Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb Gürcüstanda həbsxanalarında 107 nəfər Azərbaycan vətəndaşı saxlanılır.
Hadisə
7220
30 Sentyabr , 2020 11:16
Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbsxanalarında 107 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin avqust ayı üzrə hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 3 nəfər artıb.

İttiham olunan Azərbaycan vətəndaşlarının sayı 8 nəfərdir. Onlardan 6-sı kişi, 2-si qadındır. Məhkumların sayı isə 84-i kişi, 11-i qadın olmaqla 95 nəfərdir. Həbsdə olanların 4-ü isə yeniyetmədir və onlar təqsirlidirlər.  

Qonşu ölkədə probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 29 təşkil edir. Onların 28-i kişi, 1-i qadındır.

Son xəbərlər

Orphus sistemi