Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb Gürcüstan həbsxanalarında saxlanılan əcnəbilərin 105 nəfəri Azərbaycan vətəndaşıdır.
Hadisə
30 Dekabr , 2020 11:08
Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstan həbsxanalarında saxlanılan əcnəbilərin 105 nəfəri Azərbaycan vətəndaşıdır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin noyabr ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə qonşu ölkədə həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 3 nəfər azalıb.

İttiham olunanların sayı 10 nəfərdir ki, onların 6-sı kişi, 4-ü isə yeniyetmədir. Məhkumların sayı isə 84-ü kişi, 11-i qadın olmaqla 95 təşkil edir.

Gürcüstanda 30 nəfər Azərbaycan vətəndaşı probasiya nəzarətindədir. Həmin şəxslərin 27-i kişi, 3-ü qadındır.

Son xəbərlər

Orphus sistemi