Gürcüstanda gözəllik salonu sahibi olan Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda gözəllik salonu sahibi olan Azərbaycan vətəndaşı saxlanılıb Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində 55 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Hadisə
13 Aprel , 2019 14:25
Gürcüstanda gözəllik salonu sahibi olan Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində 55 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Acarıstanın Polis Departamenti məlumat yayıb.

Müəyyən olunub ki, S.C. adlı Azərbaycan vətəndaşı Batumidə sahibi olduğu gözəllik salonunda müştəriyə fiziki təzyiq göstərib.

Saxlanılan şəxsə qarşı “zorakılıq” maddəsi üzrə cinayət işi açılıb. Azərbaycan vətəndaşının günahı sübuta yetirələcəyi təqdirdə onu 1 ildən 3 ilədək həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi