Gürcüstanda dolu yağıb

Gürcüstanda dolu yağıb Gürcüstanın Qori rayonuna dolu yağıb.
Hadisə
25 May , 2019 19:05
Gürcüstanda dolu yağıb

Gürcüstanın Qori rayonuna dolu yağıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 10 dəqiqə davam edən dolu rayonun 15 kəndində müşahidə olunub.

İntensiv dolu kəndlərdə meyvə bağları və tərəvəz sahələrinə ciddi ziyan vurub.

Gürcüstanın Təbiət hadisələrinə fəal təsir üzrə mərkəz paytaxt Tbilisidə də dolu yağacağı ilə bağlı xəbərdarlıq edib. Bu gün mərkəzin əməkdaşları Qurcaani, Telavi və Kvareli rayonlarında doluya qarşı mübarizə tədbirləri həyata keçiriblər.

Son xəbərlər

Orphus sistemi