Azərbaycanda törəməsi olan Gürcüstanın “TBC bank”ının təsisçiləri Mamuka Xazaradze və Badri Caparidze 16 754 000 dollar məbləğində pulun yuyulmasında ittiham olunurlar.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.
Təsisçilər artıq
Qeyd edək ki, Gürcüstanın Baş Prokurorluğu 2018-ci ilin avqustun 2-də “TBC Bank”la bağlı qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət işinin istintaqına başlayıb.
“TBC Bank” Azərbaycanın maliyyə bazarında da fəaliyyət göstərir. Belə ki, “TBC Kredit” MMC bank olmayan kredit təşkilatı 100% bu bankın törəməsidir. Ötən ilin iyulunda “TBC Kredit”in Azərbaycandakı “Nikoil Bank” ASC ilə birləşməsi barədə tərəflər arasında saziş imzalanıb.