​Gürcüstanda azərbaycanlı öz həmkəndlisini güllələyib

​Gürcüstanda azərbaycanlı öz həmkəndlisini güllələyib Hadisə Marneuli rayonunda baş verib
Hadisə
3 May , 2015 01:49
​Gürcüstanda azərbaycanlı öz həmkəndlisini güllələyib

Bakı. 3 may. REPORT.AZ/ Gürcüstanın şərqində yerləşən Marneuli rayonunda qısqanclıq zəminində ov tufəngindən açılan üç atəş ilə 27 yaşlı kişi qətlə yetirilib.

“Report” “Newsgeorgia” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Hadisə ilə bağlı mərhumun həmkəndlisi, 1988-ci il təvəllüdlü azərbaycanlı M.Nəbiyə qarşı ittiham irəli sürülüb. O, qətldən bir neçə dəqiqə sonra cinayət yerində saxlanılıb.

Hazırda Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi üzrə (qəsdən adamöldürmə) istintaq gedir.

"İstintaq müəyyən edib ki, müttəhim Marneulinin Qızılhacılı kəndində qısqanclıq zəminində ov tüfəngindən açdığı üç atəş ilə 1988-ci il təvəllüdlü Q.Romanı ölümcül yaralayıb, sonuncu başından aldığı yara nəticəsində dünyasını dəyişib", - deyə DİN-in məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi