Tbilisi. 7 fevral. REPORT.AZ/ Gürcüstanın Krtsanisi hərbi təlim mərkəzində insident baş verib.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, insident zamanı çağırışçılardan 20 yaşlı Elcan Əfəndiyev huşunu itirib.
Gürcüstan
E.Əfəndiyevin yerləşdirildiyi Rustavi Şəhər Xəstəxanasından isə bildirilib ki, çağırışçı müalicəsini hərbi hospitalda davam etdirəcək.
Tibb müəssisəsindən qeyd olunub ki, pasiyent klinikaya saat 14:10-da daxil olub və onun üzərində heç bir xəsarət qeydə alınmayıb. Kompüter tomoqrafiyası da pasiyentdə hər hansı bir zədənin olduğunu müəyyən etməyib.
Yayılan digər məlumatlara əsasən, E.Əfəndiyev serjantı tərəfindən ağır formada döyülüb.