Gürcüstanda azərbaycanlı gənc amansızcasına qətlə yetirilib

Gürcüstanda azərbaycanlı gənc amansızcasına qətlə yetirilib Gürcüstanın Marneuli rayonunda 1993-cü il təvəllüdlü azərbaycanlı gənc qətlə yetirilib.
Hadisə
176
21 Sentyabr , 2021 12:31
Gürcüstanda azərbaycanlı gənc amansızcasına qətlə yetirilib

Gürcüstanın Marneuli rayonunda 1993-cü il təvəllüdlü azərbaycanlı gənc qətlə yetirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, qətli törətməkdə şübhəli bilinən 3 gənc saxlanılıb. Onlardan ikisi keçmişdə məhkum olunandır.

İstintaqla müəyyən edilib ki, hadisə qisas zəminində baş verib. Saxlanılan şəxslər sentyabrın 18-də gəncin əl-qolunu bağlayaraq idarə etdikləri avtomobillə onu bir kəndə aparıblar. Daha sonra üzərinə ağır əşya bağlayaraq onu su kanalına atıblar və nəticədə gənc ölüb.

Ağırlaşdırıcı hallarda qrup halında qəsdən adam öldümədə günahlandırılan şəxslərdən ikisini 7 ildən 17 ilədək, ağır cinayət barədə polisə məlumat verməyən üçüncü şəxsi isə 3 ildən 7 ilədək həbs gözləyir.

Son xəbərlər

Orphus sistemi