Gürcüstanda xəsarət alan azyaşlı azərbaycanlının vəziyyəti ağırdır - YENİLƏNİB-2

Gürcüstanda xəsarət alan azyaşlı azərbaycanlının vəziyyəti ağırdır - YENİLƏNİB-2 Gürcüstanın Marneuli rayonunun Norqiuli kəndində ehtiyatsızlıqdan xəsarət alan azərbaycanlı körpənin vəziyyəti orta ağırdır.
Hadisə
1 İyul , 2019 23:50
Gürcüstanda xəsarət alan azyaşlı azərbaycanlının vəziyyəti ağırdır - YENİLƏNİB-2

Gürcüstanın Marneuli rayonunun Norqiuli kəndində ehtiyatsızlıqdan xəsarət alan azərbaycanlı körpənin vəziyyəti orta ağırdır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə azyaşlının yerləşdirildiyi İaşvili klinikasının həkimi Tamar Beruaşvili jurnalistlərə bildirib.

Həkimin sözlərinə görə, azyaşlıya ilk tibbi yardım Marneulidə göstərilib: “Hazırda körpə klinikanın İntensiv Müalicə şöbəsində həkimlərin daimi nəzarəti altındadır. Onun vəziyyəti sabit ağır olaraq qalır. Körpənin evə buraxılacağı vaxt hələ məlum deyil”.

Qeyd edək ki, 3 yaşlı körpəyə anası ehtiyatsızlıqdan qayçı ilə xəsarət yetirib. Digər məlumatlara görə, körpə ananın istifadə etdiyi qayçını götürüb. Qayçı ilə oynayan zaman onun ayağı büdrəyərək yıxılıb və kəsici alət körpənin sinəsinə batıb.


***18:36

Gürcüstanın Marneuli rayonunun Norqiuli kəndində azərbaycanlı ananın azyaşlı uşağına fiziki güc tətbiq etmədiyi məlum olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ailənin yaxınları hadisənin təsadüfən baş verdiyini bildiriblər.

Ana yorğanın yununu çıxaran zaman üç yaşlı övladı ona maneçilik törədib. Qadın əlindəki qayçı ilə övladını itələyib və alət azyaşlının döş nahiyəsini yaralayıb.

Hazırda uşaq Tbilisidə yerləşən İaşvili adına Uşaq Xəstəxanasında müalicə olunur. 


***17:41

Gürcüstanın Marneuli rayonunun Norqiuli kəndində ailədaxili zorakılıq azyaşlı uşağın ciddi xəsarət alması ilə nəticələnib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, azərbaycanlı ana üç yaşlı övladına qarşı fiziki güc tətbiq ebib.

Nəticədə azyaşlı yıxılıb və əlindəki qayçı ilə döş nahiyəsindən yaralanıb.

Uşaq Marneulidəki xəstəxanalardan birinə yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan Tbilisidəki İaşvili adına uşaq xəstəxanasına çatdırılıb. Azyaşlının həyatının təhlükədə olmadığı bildirilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı ehtiyatsızlıqdan sağlamlığa nisbətən ağır və ya ağır zərərvurma maddəsi üzrə istintaq aparır.

Son xəbərlər

Orphus sistemi