Gürcüstanda Azərbaycana məxsus avtomobil yanıb

Gürcüstanda Azərbaycana məxsus avtomobil yanıb Tbilisi. 8 noyabr. REPORT.AZ/ Gürcüstanda Azərbaycan dövlət nömrə nişanlı Mercedes Vito markalı avtomobil yanıb.
Hadisə
8 Noyabr , 2018 17:59
Gürcüstanda Azərbaycana məxsus avtomobil yanıb

Tbilisi. 8 noyabr. REPORT.AZ/ Gürcüstanda Azərbaycan dövlət nömrə nişanlı "Mercedes Vito" markalı avtomobil yanıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, hadisə Tbilisi-Qırmızı körpü yolunda qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəqliyyat vasitəsinin mühərrikində baş verib. Yanğınsöndürən maşın hadisə yerinə gələnə qədər yaxınlıqdakı insanların köməyi ilə yanğın söndürülüb.

Hadisə yerinə patrul polisi və təcili tibbi yardım maşını cəlb olunub.

Avtomobilin mühərrikinin yeni dəyişdirildiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi