Gürcüstanda 19 yaşlı azərbaycanlını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Gürcüstanda 19 yaşlı azərbaycanlını qətlə yetirən şəxsin məhkəməsi başlayıb Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində 19 yaşlı Radim Qurbanovu qətlə yetirməkdə ittiham olunan 25 yaşlı Elbrus Süleymanovun məhkəməsi başlayıb.
Hadisə
28 Mart , 2019 13:28
Gürcüstanda 19 yaşlı azərbaycanlını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində 19 yaşlı Radim Qurbanovu qətlə yetirməkdə ittiham olunan 25 yaşlı Elbrus Süleymanovun məhkəməsi başlayıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, məhkəmə iclası Telavi Rayon Məhkəməsində qapalı keçirilir.

Məhkəmənin binası yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib, çox sayda polis əməkdaşları cəlb olunub.

E.Süleymanova qarşı Gürcüstanın Cinayət Məcəlləsinin iki maddəsi – “qəsdən adam öldürmə” və “odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması” maddələri üzrə cinayət işi açılıb. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, R.Qurbanov bu ilin fevral ayının 1-də Qaracalar kəndinin məscidi yaxınlığında qətlə yetirilib. Onu qətlə yetirən E.Süleymanov polisə təslim olub. Qətlə Qurbanovlar və Süleymanovlar arasında uzun illərdir davam edən qan davası səbəb olub.

Son xəbərlər

Orphus sistemi